Soruşmaq üçün soruşma, birbaşa soruş

Vaxtaşırı daxil olduğum onlayn çatlarda kiminsə belə bir cümlə qurduğunu görürəm:

Foobar123:

Burada Java üzrə ekspertlər var?

Bu, bir neçə səbəbdən düzgün deyil. Əslində, həmin şəxs soruşur:

Foobar123:

Vəziyyətdən asılı olmayaraq, problemimi araşdırmaq istəyən Java mütəxəssisləri varmı? Hətta Java ilə heç bir əlaqəsi olmasa belə və ya Java haqqında heç nə bilməyən biri sualımı cavablandıra bilsə belə.

Məlumatlı insanların bir çox səbəblərdən bunu açıq şəkildə cavab verməməsinin bir çox səbəbi var. Soruşduqda, sən düşündüyündən daha çox məsuliyyət tələb edirsən.

İnsanlardan problemlərin üçün məsuliyyət daşımalarını istəyirsən. İnsanların öz bacarıqlarına olan inamını şübhə altına alır,sorğulayırsan. Həmçinin, başqalarını gərəksiz şəkildə müzakirədən kənarlaşdırırsan. Mən tez-tez əvvəllər heç vaxt istifadə etmədiyim dillər və ya kitabxanalar haqqında sualları cavablandırıram, çünki cavabların developer perspektivindən ortaq cəhətləri var.

Alternativ olaraq, bunu belə də anlamaq olar:

Foobar123:

Java ilə bağlı bir sualım var, amma kanalda cavab verə biləcək biri yoxdursa, onu sözlə ifadə etməyə tənbəllik edirəm.

..bu isə sadəcə tənbəllikdir. Əgər sən problemini həll etmək üçün çalışmaq istəmirsənsə, biz niyə çalışaq?

Həll yolu, soruşmaq üçün soruşmaq deyil, birbaşa soruşmaqdır. Yalnız arada bir nə baş verdiyini yoxlamaq üçün kanala baxan birisi, "soruşmaq üçün soruşmaq" sualına cavab verməyəcək, lakin əsl problemi izah etməklə onların onların diqqətini çəkə bilər və cavab verə bilərlər.

Yəni xülasə, belə soruşma: "Burada Java üzrə ekspertlər var?", bunun yerinə soruş: "Java ilə [problem] necə həll olunur və [digər müvafiq məlumatlar]?"

Digər oxşar problemlər: XY Problemi, No Hello. Daha çox oxumaq üçün: Yaxşı sual necə verilir?, və ya əgər vaxtın varsa: Ağıllı suallar necə verilir.